RU

UEFA Çempionlar Liqası: "Qarabağ"Bakıda cavab matçına çıxacaq

"Qarabağ" UEFA Çempionlar Liqasında növbəti oyununu bu gün keçirəcək.

Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv II təsnifat mərhələsinin cavab görüşündə Cəbəllütariqin “Linkoln” klubunu qəbul edəcək.

Tofiq Bəhramov adına Respublika stadionundakı qarşılaşma saat 20:00-da start götürəcək.

Matçın baş hakimi danimarkalı Yakob Sandberq olacaq.

Xatırladaq ki, səfərdəki oyunda Azərbaycan təmsilçisi qələbə qazanıb - 2:0.

Избранный
32
27
cbcsport.az

10Источники