RU

Rostislav Pevtsov finişə 43-cü çatdı - Olimpiada

Azərbaycan triatlonçusu Rostislav Pevtsov Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında çıxış edib.

Prosport.Az xəbər verir ki, idmançı yarışı 43-cü pillədə başa vurub.

O, ümumi məsafəni 1 saat 50 dəqiqə 36 saniyəyə qət edib.

Qeyd edək ki, dünən keçirilməli olan triatlon yarışı Sena çayındakı suyun keyfiyyətinin normadan aşağı düşməsinə görə təxirə salınmışdı. Paris-2024 avqustun 11-də başa çatacaq.

Избранный
41
19
prosport.az

10Источники