RU

Azərbaycan badmintonçusu Paris-2024-də çıxışını başa vurub

Azərbaycanın kişi badmintonçusu Edi Reski Dviçayo Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında növbəti görüşünə çıxıb.

 

"Report"un turnirə ezam olunmuş əməkdaşının məlumatına görə, idmançımız E qrupunun növbəti matçında danimarkalı Anders Antonsenlə qarşılaşıb.

 

Görüş təmsilçimizin məğlubiyyəti ilə yekunlaşıb - 0:2 (12:21, 14:21).

 

Qeyd edək ki, Edi Reski Dviçayo bu nəticənin ardından Paris-2024-də çıxışını başa vurub.

Избранный
99
8
ednews.net

10Источники