Bu gün Novxanı Atçılıq Mərkəzində Azərbaycan Respublikası Atçılıq Federasiyasının təşkilatçılığı ilə Peşəkar Çövkən Liqasının IV turunun növbəti oyunları keçirilib.
İlk olaraq “Sərhədçi” və “Köhlən” komandaları arasında baş tutan mübarizə birincilərin 10:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Ardınca "Zəfər" kollektivi “Embawood” komandasına 6:1 hesabı ilə qalib gəlib.
10 komandanın mübarizə apardığı çempionatın V turunun oyunları avqustun 6-dan 7-dək keçiriləcək.