Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisi Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında növbəti görüşünə çıxıb.Reyting.az xəbər verir ki, yığma II turda ABŞ ilə qarşılaşıb.Görüş komandamızın 20:17 hesablı qələbəsi ilə yekunlaşıb(Report).Qeyd edək ki, seçməmiz III və IV turda müvafiq olaraq Fransa və Almaniya milliləri ilə qarşılaşacaq. Hər iki oyun sabah gerçəkləşəcək.