Beynəlxalq Şahmat Federasiyası (FIDE) avqust ayı üçün reytinq cədvəlini açıqlayıb.
"Football-plus.az" xəbər verir ki, təmsilçilərimizdən Şəhriyar Məmmədyarov (2733 xal) 2 pillə irəliləyərək 17-ci yerdə yüksəlib.
Teymur Rəcəbov (2700) 33-cü sıradadır. Rauf Məmmədov isə "100-lük"dən kənarda qalıb.
Siyahıya norveçli Maqnus Karlsen (2832) başçılıq edir. Hikaru Nakamura (ABŞ, 2802) 2-ci, Fabiano Karuana (ABŞ, 2793) 3-cüdü.
Qadın təmsilçilərimizdən Günay Məmmədzadə (2441) 2 pillə irəliləyərək 31-ci yerdə qərarlaşıb. 1 sıra geriləyən Gövhər Beydullayeva (2412) 43-cü, 13 pillə geriləyən Xanım Balacayeva (2384) 60-cı,21 pillə geriləyən Ülviyyə Fətəliyeva (2369) isə72-cidir.
Siyahıya çinli Yifan Hou (2633) başçılıq edir. Venjun Ju 2-ci (Çin, 2563), üçüncü sırada Ley Tinqjie (Çin, 2549) 3-cüdü.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта