Bakı. Trend:
Avqustun 2-4-də əsasən dağlıq və dağətəyi rayonlarda fasilələrləyağış yağacağı, şimşək çaxacağı gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən Trend-ə verilən məlumatagörə, ayrı-ayrı yerlərdə (Qarabağ və Şərqi Zəngəzur, Qazax-Gəncə,Balakən-Şəki, Quba-Qusar) leysan xarakterli intensiv və güclüolacağı, dolu düşəcəyi ehtimalı var.
Çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın bəzi dağçaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimalı var.