RU

Paris-2024: Daha bir cüdoçumuz olimpiya çempionu olub

Azərbaycan cüdoçusu Zelim Kotsoyev Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarının qalibi olub.

100 kq çəki dərəcəsində yer alan dünya çempionu final mərhələsində gürcüstanlı İlya Sulamanidze ilə üz-üzə gəlib.

Rəqibinə qalib gələn Kotsoyev olimpiya çempionu olub.

Xatırladaq ki, Paris-2024 avqustun 11-də başa çatacaq. Daha əvvəl cüdoçu Hidayət Heydərov (73 kq) olimpiadanın qızıl medalına sahib çıxıb.

Избранный
102
47
cbcsport.az

10Источники