RU

Azərbaycan Premyer Liqasının təqvimində dəyişiklik edildi

Azərbaycan Premyer Liqasında 2024/25 mövsümünün təqvimində dəyişiklik olub.
 
Moderator.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının rəsmi saytı məlumat yayıb.
 
I turun "Şamaxı" - "Sabah" oyunu ilə XVIII turun "Sabah" - "Şamaxı" matçının yeri dəyişdirilib.
 
Paytaxt təmsilçisi bununla bağlı PFL-ə rəsmi müraciət ünvanlayıb, bölgə klubu isə buna razılıq verib.
 
Bu, Bakı klubunun UEFA Konfrans Liqasında III təsnifat mərhələsinə daha yaxşı hazırlaşması məqsədilə edilib. "Bayquşlar" bu raundda "Sent-Patriks Atletik" (İrlandiya) ilə üz-üzə gələcək.
 
Qeyd edək ki, avqustun 4-də keçiriləcək I turun "Sabah" - "Şamaxı" görüşü saat 17:30-da başlayacaq.
 
 
 
Избранный
53
15
moderator.az

10Источники