RU

“Kəpəz”dən ayrılan daha bir futbolçu “Zirə”də

“Zirə” "Kəpəz"dən ayrılan daha bir futbolçu ilə anlaşıb.

Rekord.az xəbər verir ki, paytaxt təmsilçisi Georgi Papunaşvilini heyətinə qatıb.

Gürcü yarımmüdafiəçiylə "1+1" illik müqavilə bağlanıb.

28 yaşlı futbolçu həmçinin karyerası ərzində ölkəsinin “Dinamo” (Tiflis), “Telavi”, “Samtrediya”, “Torpedo” (Kutaisi) Almaniyanın “Verder”, İspaniyanın “Saraqosa”, “Rasinq”, Kiprin “Apollon”, Serbiyanın “Radniçki” klublarında çıxış edib. Papunaşvilinin son klubu “Kəpəz” olub. Gürcüstan millisinin də şərəfini qorumuş futbolçu yığmada 17 matçda 3 dəfər fərqlənib.

"Zirə" daha əvvəl "Kəpəz"dən ayrılan Elçin Əlicanov və Martis Junioru heyətinə qatıb.

Избранный
31
25
rekord.az

10Источники