RU

“Zirə” “Səbail”i darmadağın etdi

Azərbaycan Premyer Liqasının 2024/2025 mövsümündə ilk tura yekun vurulub.

Turun son qarşılşaması Zirə İdman Kompleksində baş tutub.

\"Zirə\" doğma meydanda \"Səbail\"i sınağa çəkib. Matç meydan sahiblərinin 4:1 hesablı qələbəsi ilə yekunlaşıb. \"Zirə\"nin heyətində David Volkov het-trikə (12, 27, 45) imza atıb. Komandanın sonuncu qolunu isə 90+4-cü dəqiqədə İssa Cibrila rəqib qapısından keçirib.

\"Səbail\"in yeganə qolunu 49-cu dəqiqədə Ayman Bouali vurub.

Qeyd edək ki, mövsümün açılış matçında \"Qarabağ\" səfərdə \"Araz Naxçıvan\"a 4:1 hesabı ilə qalib gəlib. Ötən gün baş tutan \"Neftçi\" - \"Turan Tovuz\" matçında qol vurulmayıb. \"Sumqayıt\" isə \"Kəpəz\"i 2:0 hesabı ilə məğlub edib. Bu gün baş tutan \"Sabah\" - \"Şamaxı\" görüşündə qalib müəyyənləşməyib - 2:2.
Избранный
8
8
azxeber.com

10Источники