RU

Volkov Azərbaycan çempionatları tarixinə düşüb

“Zirə”nin futbolçusu Davit Volkov Azərbaycan çempionatları tarixinə düşüb.



Komanda.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, o, buna 1-ci turda “Səbail”ə 4:1 hesabı ilə qalib gəldikləri matçda nail olub.



Birinci hissədə üç qola imza atan gürcüstanlı hücumçu yarış tarixində ən çox het-trik edən legioner adına yiyələnib.



“Zirə”də ikinci dəfə belə uğuru təkrarlayan Volkov “Sabah”ın heyətində də bir het-triklə yadda qalıb.



Üçüncü dəfə bir qarşılaşmada üç qol vuran oyunçu hərəyə iki dəfə het-trik edən Əhməd Ticani, Junivan Suares, Anatoli Doroş, Bahodir Nasimov və Reynaldo Silvanı arxada qoyub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin EtiketlərZirə Futbol Klubu

Избранный
76
3
komanda.az

7Источники