RU

Azərbaycanda ən çox het-trik edən legioner kimdir?

"Zirə"nin futbolçusu Davit Volkov Azərbaycan çempionatları tarixinə düşüb.

Publika.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, o, buna I turda "Səbail"ə 4:1 hesabı ilə qalib gəldikləri matçda nail olub.

Birinci hissədə üç qola imza atan gürcüstanlı hücumçu yarış tarixində ən çox het-trik edən legioner adına yiyələnib.

“Zirə”də ikinci dəfə belə uğuru təkrarlayan Volkov “Sabah”ın heyətində də bir het-triklə yadda qalıb.

Избранный
41
2
publika.az

7Источники