RU

“Dəmir yumruq” əməliyyatının ilk saatlarında cəbhə xəttindən sevindirici xəbərlər gəlməyə başladı

Adı tariximizə islahatçı lider, inkişaf etmiş Azərbaycan dövlətinin qurucusu kimi düşmüş Prezidentimizin həyat yolunun bəzi səhifələrini vərəqləsək necə bir şəxsiyyətin başçılıq etdiyi dövlətin sakinləri olmağımıza fəxr edərik. Onun Azərbaycan dövlətinə başçılıq etdiyi dövrdə ölkəmizin necə bir modern dövlətə çevrildiyini, yeni bir inkişaf dövrünə qədəm qoyduğu, bütün şəhərlərin inkişaf edərək tanınmaz dərəcəd dəəyişdiyini bůtun dunyaya bəyan etdi
2020-ci il sentyabrın 27-si səhər saat 6:00. Azərbaycanın Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarının ərazisindəki yaşayış məntəqələri artilleriya qurğuları və minaatanlardan atəşə tutuldu, dinc əhali və hərbçilər arasında ölənlər və yaralananlar oldu. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tank, artilleriya, raket sistemləri və aviasiyadan istifadə etməklə əks- hücum əməliyyatı haqqında əmr verdi. Düşmənin ön müdafiə xətti yarıldı və artıq günün ikinci yarısında Azərbaycan Respublikası Müdafiə Nazirliyi düşmənin böyük itkilər verərək geri çəkilməsi barədə məlumat yaydı. Qaraxanbəyli, Nüzgar, Yuxarı Əbdürrəhmanlı, Böyük Mərcanlı, Kənd Horadiz, Qərvənd kəndləri azad edildi. Bundan əlavə, Ağdərə rayonunda və Murovdağ silsiləsinin yüksəkliklərindəki erməni postları, o cümlədən Gamış dağında yüksəklikdə yerləşdiyi üçün alınmaz hesab olunan məntəqə məhv edildi. Oradakı erməni qruplaşmasının Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələri və dağatıcı bölmələri tərəfindən darmadağın edilməsi Kəlbəcər istiqamətində irliləməyə imkan verdi.

Azərbaycan Ordusunun sarsıdıcı zərbələri qarşısında duruş gətirə bilməyən işğalçı ölkənin ordusunun müdafiə səddi qısa zaman ərzində yarıldı. Başlanğıcda bir sıra kəndləri və strateji yüksəklilkəri işğaldan azad edən ordumuz oktyabrın 4-də Cəbrayıl, oktyabrın 17-də Füzüli, oktyabrın 20-də Zəngilan, oktyabrın 25-də Qubadlı və noyabrın 8-də Şuşa şəhərini işğaldan azad etdi. Döyüşlərin gedişi zamanı ümumilikdə uzun illər işğal altında olan 300-dək yaşayış məntəqəsi, o cümlədən Tərtər, Xocavənd, Xocalı rayonlarının böyük bir hissəsi azad olundu.

Hərbi əməliyyatlar zamanı qazanılmış qələbələr, xüsusilə Qarabağın tacı olan Şuşanın düşmən əsarətindən qurtarılması müharibənin taleyində həlledici rol oynadı. Belə ki, Şuşa işğaldan azad olunandan cəmi bir gün sonra Azərbaycan ordusu daha 70-dən çox yaşayış məntəqəsini azad etdi və bununla da düşmənə son zərbə vurdu. Məhz bundan sonra Ermənistan öz məğlubiyyətini etiraf edərək, kapitulyasiya aktını imzalamağa, Kəlbəcər, Ağdam və Laçın rayonlarını Azərbaycana qaytarmağa məcbur oldu.

Prezidentimiz öz əsas vəzifəsini xalqına xidmətdə gördü. Xalqın dəyərlərini, birliyini, hüquqlarını qorumaqda gördü. Xalq bu yumruq ətrafında birləşdi, qüvvətləndi, mübarizləndi. Xalq bu yumruqla irəlilədi, fəxrləndi, qələbə çaldı.
2020-ci il sentyabrın 27-si səhər saat 6:00. Azərbaycanın Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarının ərazisindəki yaşayış məntəqələri artilleriya qurğuları və minaatanlardan atəşə tutuldu, dinc əhali və hərbçilər arasında ölənlər və yaralananlar oldu. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tank, artilleriya, raket sistemləri və aviasiyadan istifadə etməklə əks- hücum əməliyyatı haqqında əmr verdi. Düşmənin ön müdafiə xətti yarıldı və artıq günün ikinci yarısında Azərbaycan Respublikası Müdafiə Nazirliyi düşmənin böyük itkilər verərək geri çəkilməsi barədə məlumat yaydı. Qaraxanbəyli, Nüzgar, Yuxarı Əbdürrəhmanlı, Böyük Mərcanlı, Kənd Horadiz, Qərvənd kəndləri azad edildi. Bundan əlavə, Ağdərə rayonunda və Murovdağ silsiləsinin yüksəkliklərindəki erməni postları, o cümlədən Gamış dağında yüksəklikdə yerləşdiyi üçün alınmaz hesab olunan məntəqə məhv edildi. Oradakı erməni qruplaşmasının Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələri və dağatıcı bölmələri tərəfindən darmadağın edilməsi Kəlbəcər istiqamətində irliləməyə imkan verdi.

Azərbaycan Ordusunun sarsıdıcı zərbələri qarşısında duruş gətirə bilməyən işğalçı ölkənin ordusunun müdafiə səddi qısa zaman ərzində yarıldı. Başlanğıcda bir sıra kəndləri və strateji yüksəklilkəri işğaldan azad edən ordumuz oktyabrın 4-də Cəbrayıl, oktyabrın 17-də Füzüli, oktyabrın 20-də Zəngilan, oktyabrın 25-də Qubadlı və noyabrın 8-də Şuşa şəhərini işğaldan azad etdi. Döyüşlərin gedişi zamanı ümumilikdə uzun illər işğal altında olan 300-dək yaşayış məntəqəsi, o cümlədən Tərtər, Xocavənd, Xocalı rayonlarının böyük bir hissəsi azad olundu.

Hərbi əməliyyatlar zamanı qazanılmış qələbələr, xüsusilə Qarabağın tacı olan Şuşanın düşmən əsarətindən qurtarılması müharibənin taleyində həlledici rol oynadı. Belə ki, Şuşa işğaldan azad olunandan cəmi bir gün sonra Azərbaycan ordusu daha 70-dən çox yaşayış məntəqəsini azad etdi və bununla da düşmənə son zərbə vurdu. Məhz bundan sonra Ermənistan öz məğlubiyyətini etiraf edərək, kapitulyasiya aktını imzalamağa, Kəlbəcər, Ağdam və Laçın rayonlarını Azərbaycana qaytarmağa məcbur oldu.

Artıq dövlətimiz 30 illik bir tarixi yenilədi. 30 illik bir işğal tarixini dəyişdi. 30 il sonra 44 günlük bir zəfər tarixinə imza atdı. Xalq öz liderinə hər bir zaman böyük dəstək göstərib. Xalq hər bir zaman öz liderinin ətrafında sıx birləşib .Bu etimadı, inamı hər bir dövlət başçısı qazanmır. Amma İlham Heydər oğlu Əliyev bunu bacardı. Haqq yolunda mübarizədə xalqı öz arxasıyca aparmağı bacardı. Azərbaycan heç vaxt tarixdə bu qədər güclü, bu qədər müstəqil, əzmli və azad olmayıb. Bu bir xalqın seçimi, bir xalqın inamı nəticəsində baş verdi. Bu inamı doğruldan prezident və xalq vəhdəti oldu. Liderimizin qətiyyətinin nəticəsidir ki,ən ağır vəziyyətlərdə belə Azərbaycan xalqı heç kimin qarşısında baş əymədi, sözünü cəsarətlə və inamla deyə bilir.

“Qarabağ Azərbaycandır və nida”! Tribunada deyilən bu fikir sahibinin dünyaya çağırışı əbəs yerə deyildi. Bu bir səsləniş, bir bildiriş idi. Bu sözü bütün dünyaya çatdıran və əməli ilə sübut edən bizim liderimiz, prezidentimiz idi. Bu elə-belə deyilən bir söz yox, bir bildiriş, bir çalınan təbil idi. Bu bir çox beyinlərdəki fikirlərə qoyulacaq bir nöqtə idi.Artıq bu real oldu. Məhz ” Dəmir yumruq ” siyasətinin nəticəsidir ki, bugün biz rahatlıqla deyə bilirik ki, “Qarabağ Azərbaycandır”. Bu amal , bu istək xalqımızı birləşdirdi. Xalqımız və hər bir dünya azərbaycanlısı zəmanəmizin ən uğurlu liderlərindən biri olan, beynəlxalq arenada mühüm rol oynayan Prezidenti ilə qürur duyur. Məhz bu şəxsiyyətin illər əvvəl başladığı uğurlu yol siyasəti Azərbaycanı zirvələrə qaldırdı ,bütövləşdirdi, qururlandırdı. Artıq bugün güclü, müstəqil, abad, azad və firavan yaşayan, öz gücünü, birliyini, mübarizliyini, əzmini dünyaya çatdıran, uğurları ilə hər kəsi lərzəyə salan və qəlblərdə iz buraxan bu azad ölkə, bu dəmir əzmli dövlət məhz Cənab Prezident İlham Heydər oğlu Əliyevin uğurlu əsəridir!

Rusiyanın “Nasionalnaya oborona” jurnalına müsahibə verən Azərbaycan Prezidenti İlham Əliyev Vətən müharibəsi, Rusiya ilə əlaqələr, hərbi qarşıdurmaya son qoyan üçtərəfli Bəyannamənin imzalanması ilə bağlı indiyədək ictimaiyyətə bəlli olmayan detalları açıqlayarkən, “Dəmir yumruq” əməliyyatı barədə də danışmışdır: “Rusiyadan gözləntimiz odur ki, Ermənistanı silahlandırmasın. Mən bunu hərbi əməliyyatlar zamanı mənə zəng edən və dayandırmağı tələb edən və ya xahiş edən bir çox Qərb liderlərinə də deyirdim” – deyən İlham Əliyev, həmçinin bildirib ki, İkinci Qarabağ müharibəsinin başlanğıcında həyata keçirilən əməliyyatın heç bir adı yox idi. Ona sonradan “Dəmir yumruq” adı verilib. Belə ki, xalqa müraciətlər zamanı deyilirdi ki, “qarşı tərəf işğal olunmuş əraziləri tərk etməsə “dəmir yumruq” “onun başını əzəcək”. Bu sözlər cəmiyyət tərəfindən müsbət qarşılandığı üçün o, əməliyyatı məhz “Dəmir yumruq” adlandırmaq qərarına gəlib.
Dövlət başçısı dünya azərbaycanlılarına müraciətində də bu məsələyə toxunub: “Sentyabrın 27-də Ermənistanın ölkəmizə qarşı törətdiyi hərbi təcavüzə cavab olaraq Azərbaycan xalqı Vətən müharibəsinə qalxmışdır. Müzəffər Azərbaycan Ordusu hər anı qəhrəmanlıqlarla dolu 44 gün ərzində düşməni ağır məğlubiyyətə uğratmış və ölkəmizin ərazi bütövlüyünü bərpa etmişdir. Milli dövlətçilik tariximizdə və xalqımızın yaddaşında əbədi yaşayacaq şanlı Zəfər xalq-iqtidar birliyi, ordumuzun yüksək peşəkarlığı və gərgin siyasi-diplomatik fəaliyyət sayəsində əldə edilmişdir. Ordumuzun ərazi-relyef baxımından son dərəcə mürəkkəb şəraitdə və qısa müddətdə həyata keçirdiyi “dəmir yumruq” əməliyyatı dünya hərb tarixinə düşərək aparıcı hərbi mərkəzlər və mütəxəssislər tərəfindən öyrənilir”
Dəmir yumruq” Azərbaycan Ordusunun işğal altında olan torpaqların azad edilməsi uğrunda başlatdığı döyüş əməliyyatlarının adı olub.

Rəhimli Lamiyə
Nəsimi rayon gənci

Избранный
708
50
busaat.az

10Источники