"Qarabağ"ın Bakıda Bolqarıstan təmsilçisi "Ludoqorets"ə qarşı keçirəcəyi UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyununa indiyədək 25500 bilet satılıb.
Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq matç üçün 30000-ə yaxın bilet satışa çıxarılıb.
Qeyd edək ki, bu gün reallaşacaq “Qarabağ” – “Ludoqorets” görüşü saat 20:00-da start götürəcək. Cavab görüşü avqustun 13-də olacaq.