RU

BMU-da müasir dövrün əsas ixtisaslarından biri - “Elektrik və elektronika mühəndisliyi”

Bakı Mühəndislik Universitetində (BMU) tədris aparılan əsas ixtisaslardan biri “Elektrik və elektronika mühəndisliyi”dir.

"Unikal" xəbər verir ki, günümüzün aktual sahələrindən olan bu ixtisas üzrə universitetdə həm Azərbaycan, həm də ingilis bölməsində tələbə qəbulu həyata keçirilir ( https://beu.edu.az/az/page/bakalavr-40 )

Elektronika mühəndisliyi dedikdə, hər hansı bir elektron dövrənin dizaynı, quraşdırılması və təmiri nəzərdə tutulur. Müasir elektron avadanlıqların hamısında bu elektron dövrələrdən istifadə olunur.

BMU-da “Elektrik və elektronika” ixtisasına aid energetika,  elektrotexnika, analoq elektronika və rəqəmsal elektronika laboratoriyaları fəaliyyət göstərir. Tələbələr təhsil aldıqları müddətdə bu laboratoriyalardan istifadə etməklə nəzəriyyədə öyrəndikləri bütün bilikləri daha da möhkəmlətmiş olurlar. 

“Elektrik və elektronika mühəndisliyi” ixtisasını bitirən məzunlar üçün iş tapmaq çətin deyil. Çünki bu ixtisasın məzunlarına həm elektrik, həm də elektronika mühəndisi kimi kosmik və robotexnikaya aid qurumlarda, eləcə də elektron avadanlıqların mövcud olduğu bütün istehsalat müəssisələrində ciddi ehtiyac var. 

Избранный
273
26
unikal.az

10Источники