"Santa Barbara" və ER serialındakı rolları ilə tanınan aktyor Çarlz Sayfers 85 yaşında vəfat edib.
"Unikal" xəbər verir ki, bu barədə onun meneceri Kris Rou məlumat verib.
Onun sözlərinə görə, aktyor avqustun 4-də Arizonada qısamüddətli xəstəlikdən sonra dünyasını dəyişib.
Sayfersin karyerası 1970-ci illərdə Con Karpenterin rejissoru olduğu filmlərdə görünməyə başladığı zaman başlayıb.