RU

Çempionlar Liqası: "Qarabağ"ın bugünkü oyununa 28 min bilet satılıb

"Qarabağ"ın Bakıda Bolqarıstan təmsilçisi "Ludoqorets"ə qarşı keçirəcəyi UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyununa indiyədək 28 000 bilet satılıb.

hakimiyyet.az xəbər verir ki, bu barədə Ağdam təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq matç üçün 30 000-ə yaxın bilet satışa çıxarılıb.

Qeyd edək ki, bu gün reallaşacaq "Qarabağ" - "Ludoqorets" görüşü saat 20:00-da start götürəcək. Cavab görüşü avqustun 13-də olacaq.

Избранный
49
49
hakimiyyet.az

10Источники