Rusiyanın paytaxtı Moskvada 12 yaşlı qız intihar edib.AFN.az Lent.az-a istinadla bildirir ki, hadisə avqustun 5-də axşam saatlarında Nekrasovskaya küçəsində baş verib. İntiharın motivi istintaq tərəfindən müəyyən edilir, lakin ehtimala görə, səbəb məktəbli qızın kövrək psixi balansı olub.Məlumata görə, atası avqustun 5-də ad gününü qeyd edib. Lakin həmin gün qızının anası olan keçmiş həyat yoldaşını məclisə çağırmayıb.Qızın nənəsi deyib ki, son bir ildə qız ailəsindən uzaqlaşıb və hər şeyə dərin biganə olub.Araşdırma aparılır.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта