"Zirə"nin gürcüstanlı hücumçusu Davit Volkov Azərbaycan çempionatları tarixinə düşüb. O, ölkə birinciliklərində ən çox het-trik edən legioner futbolçu ünvanını ələ keçirib.
Volkov buna 2024/2025-ci illər mövsümümün I turunda "Səbail"ə 4:1 hesabı ilə qalib gəldikləri matçda nail olub. Futbolçu oyunun birinci hissəsində 3 qola imza atmağı bacarıb.
“Zirə”də ikinci dəfə belə nəticəni təkrarlayan Volkov “Sabah”ın heyətində də bir het-triklə yadda qalıb.
Üçüncü dəfə bir qarşılaşmada üç qol vuran oyunçu hərəyə iki dəfə het-trik edən Əhməd Ticani, Junivan Suares, Anatoli Doroş, Bahodir Nasimov və Reynaldo Silvanı arxada qoyub.