Azərbaycanın sərbəst güləşçisi Əliabbas Rzazadə Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarını mükafatsız başa vurub.
Komanda.az xəbər verir ki, 57 kq çəki dərəcəsində yer alan idmançımızın 1/8 finalda məğlub olduğu rəqibi – Özbəkistan təmsilçisi Qulomjon Abdullayev finala vəsiqə qazana bilməyib.
Abdullayevin finala gedən yolda ABŞ güləşçisinə uduzması Əliabbasın təsəlliverici görüşə qatılmaq şansının üstündən xətt çəkib.
Olimpiada avqustun 11-də başa çatacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin Etiketlərgüləş
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта