RU

Sərbəst güləşçimiz Paris-2024-də yarımfinala yüksəlib

Azərbaycanın sərbəst güləşçisi Giorgi Meşvildişvili Fransanın paytaxtı Parisdə təşkil olunan Yay Olimpiya Oyunlarında növbəti görüşünə çıxıb.

125 kq çəki dərəcəsində yer alan idmançı 1/4 finalda Lxaqvaqerel Munxtur (Monqolustan) ilə üz-üzə gəlib.

Rəqibinə qalib gələn Meşvildişvili (12:2) yarımfinala yüksəlib. O, finala gedən yolda Geno Petriaşvili (Gürcüstan) ilə görüşəcək.

Избранный
34
11
cbcsport.az

10Источники