RU

“Afaq xanımın o sözü məni diksindirdi” - Əməkdar artist

“Orta məktəbi də, ali məktəbi də rus dilində bitirmişəm. Əvvəllər Azərbaycan dilində çox az bilirdim. Musiqili Teatrda işə başlamışdım. Xalq artisti Afaq Bəşirqızının dil bilgimlə bağlı mənə dediyi söz məni silkələdi”.

Bu fikirləri Hit.az-a Əməkdar artist İnarə Babayeva səsləndirib:

“Dedi sən azərbaycanlı deyilsənmi, utanmırsan dilimizi bilmirəm deməyə? Afaq xanımın da öz zabitəsi var axı. O sözdən sonra məni elə bil tutub silkələdilər. Başladım ana dilimizdə səlist danışmağı öyrənməyə. Uşaqlarımı da orta məktəbə  öz ana dilimizdə qoydum. Dilimizə hörmətlə yanaşmaq vətəndaş olaraq borcumuzdur”,- deyə müğənni bildirib.

Murad

Избранный
153
50
hit.az

10Источники