RU

"Bakinski raboçi"nin redaktoru, 70 il heykəlinə gül düzdüyümüz Arsen Əmiryanın erməniliyi

Bu gün fəaliyyəti ilə cəllad Stepan Şaumyandan geri qalmayan daha bir daşnak erməninin - 26 Bakı komissarlarından biri olmuş Arsen Əmiryanın doğum günüdür. Bəli, ermənilər Bakıda oturaraq bakılılara və bütün Azərbaycana qarşı cinayət əməllərini hər tərəfli şəkildə həyata keçirə bilib.Adalet.az xəbər verir ki, 10 noyabr 1881-ci ildə Bakıda anadan olan Arsen Minas oğlu Əmiryan türkə qarşı nifrət ruhunda böyüyüb. 1865-ci ildə çar hökuməti tərəfindən Bakıda rusdilli orta təhsil verən ilk gimnaziya məktəbi açılır və Arsen 1898-ci ildə yerli gimnaziyanın məzunu olaraq oranı bitirir. 1899-cu ildə Kiyev Universitetinin hüquq fakültəsinə daxil olur. 1902-ci ildə tələbə inqilabi çıxışlarında iştirak etdiyi üçün universitetdən qovulur və Bakıya köçür.Bir erməni kimi Arsenin xalqımıza nifrəti Azərbaycana qarşı planlı hərəkət etməyə vadar edir. O dövr üçün silahdan daha güclü olan söz bu sahədə Əmiryanın dadına çatır. Beləki, 1906-cı ilin may ayından bəri çap olunan "Bakinski raboçi" ictimai-siyasi qəzeti istədiyiklərini həyata keçirmək üçün əsl tranplin rolu oynayır.Təəccüblü olan odur ki, yarandığı gündən Azərbaycanın milli maraqlarının əleyhinə yazan "Bakinski raboçi" bu gün də fəaliyyət göstərir . Rus dilində nəşr olunan qəzetin redaksiya heyətinə A.M.Amiryan, V.İ.Naneyşvili, N.N.Kolesnikova, M.İ.Batırev, S.D.Vulfson, P.A.Caparidze, V.F.Yefimov, S.S.Spandaryan, S.Şaumyan daxil idilər. Birinci nömrəsi 1906-cı il mayın əvvəllərində Bakıda gizli çıxmış və ilk nömrədən sonra nəşri dayandırılmışdı. Qəzetin ilk nömrəsinin hazırlanmasında M.İ.Batırev, V.P.Noqin, V.F.Yefimov, B.A.Radus-Zenkoviç, S.D.Vulfson, A.A.Caparizde və başqa şəxslər iştirak ediblər. Müxtəlif vaxtlarda N.Nərimanov, S.M.Kirov, Q.K.Orconikidze, S.M.Yafyandiyev, A.P.Serebrovski, R.Ə.Axundov, Q.M.Musabəyov və başqaları bu qəzetin səhifələrində çıxış ediblər. O dövrdə “Bakinskiy raboçi” (“Бакинский рабочий”) qəzetinin redaktoru olmuş, dərc etdirdiyi məqalələrlə erməniləri azərbaycanlılara qarşı mübarizə və müharibəyə ruhlandırmağı bacarmışdı.Erməni əsilli bolşevik,  inqilabçı, jurnalist, natiq  Arsen Əmiryanın və digər səlahiyyətli ermənilərin Azərbaycan türkünə, müsəlmanlara nifrətinin faktiki göstəricisidir ki, ermənilər ölkəboyu soyqırım həyata keçirərək, azərbaycanlıları bir millət, xalq olaraq Yer üzündən silməyi hədəflədilər.Jurnalist  Arsen Əmiryan adlı bir erməni sevincək və qalib ədası ilə yazırdı: ”Bakinski raboçi” qəzetinin 1918-ci il 28 may nömrəsində dərc olunmuş məqaləsində öz qan qardaşlarının cinayətləri haqqında yazırdı: ”Daşnaklar İrəvan quberniyasında 200 müsəlman kəndini dağıdıb yerlə-yeksan etmişlər. Camaat evsiz-eşiksiz və çörəksiz qalıb. Hazırda Zəngəzur bölgəsində qırğınlar və qətl-qarətlər davam edir. Daşnaklar müsəlman kəndlilərini bax beləcə qırır”. Tarixi mənbələrdə qeyd olunur ki, 1918-ci ilin mart ayınadək erməni silahlı dəstələri təkcə İrəvan quberniyasının İrəvan qəzasında 32, Eçmiədzin qəzasında 84, Novo-Bəyazid qəzasında 7 və Sürməli qəzasında 75 kəndi – üst-üstə 198 kəndi darmadağın edib, həmin qəzalarda təqribən 135 min nəfər soydaşımızı soyqırıma məruz qoyub. 1918-ci il aprelin əvvəlində Gümrü şəhərinə daxil olan şovinist Andranikin qoşunları ayın 18-də Axalkələk istiqamətində hərəkət edərək onlarla azərbaycanlı kəndini viran qoydu. Kazım Qarabəkir Paşanın “1917-20 arasında Ərzincandan İrəvana erməni zülmü” kitabında ermənilərin törətdiyi kütləvi qırğınlar sənədlərin dili ilə qələmə alınmışdır. K. Qarabəkir Paşa yazır: ”29.04.1918-ci ildə Gümrüdən 500 araba ilə Axalkələkə köçürülməkdə olan 3000-ə qədər qadın, qoca, uşaq və kişi öldürülərək yox edilmişdir; min əsgər, iki pulemyot və iki topla silahlanmış ermənilər Qağızmanın şərqindəki Qulp (Duzluca) və İrəvan bölgəsindəki islam kəndlərini dağıtmış, qadın, uşaq və kişiləri qırmışlar; 01.05.1918-ci ildə yüzə qədər erməni atlısı Şiştəpə və Düzkənd ətrafında (indiki Amasya rayonunun ərazisində) 60 uşaq, qadın və kişini öldürmüşlər; 01.05.1918-ci ildə Axalkələk ətrafındakı kəndlərdə Acaraca, Danqal, Mulanıs, Murcahet, Padızka, Havur və Gümris kəndləri yandırılmış, əhalisi məhv edilmişdir. Arpaçay üzərindəki Bacoğlu ilə İrəvanın şimal-şərqindəki kəndlərin xalqı ermənilər tərəfindən qırılmış, kəndlər tamamilə yandırılıb dağıdılmışdır. Türk ordusunun önündən qaçan erməni silahlı dəstələri ən böyük qətliamlardan birini 1918-ci ilin aprelində Gümrüdə törətmişdilər. Türklərin gəlişindən öncə ermənilər şəhərdə yaşayan azərbaycanlı ailələrini təhlükəsiz şəkildə Qars vilayətinə keçməyə şərait yaradacaqları vədi ilə aldadıb onları gecə ikən yola düşməyə vadar etmiş və Arpaçayın sahilində 500-dən artıq azərbaycanlı ailəsini məhv etmişdilər. Həmin qətliamdan tək-tük azərbaycanlı gənc Arpaçayı keçərək salamat qalmışdı”.Bunu yazan erməni jurnalist ermənilərin silahlandırılmasında və dəstə şəklində dinc azərbaycanlı əhaliyə qarşı  hücuma keçməsində böyük rolu olub. Arxiv sənədləri təsdiq edir ki, Şaumyan və Caparidzenin istiqamətləndirdikləri "döyüş əməliyyatlarında" onların məsləkdaşları Arsen Əmiryan və Qriqoru Korqanov "şəxsi nümunə" göstərirdilər. Martın 30-da İsmailiyyə binasının yandırılması əməliyyatına Əmiryan başçılıq etmişdi. Şamaxıda və Qubada əllidən çox kənd Korqanovun bilavasitə iştirakı ilə talan edildikdən sonra yandırılmışdı.1918-ci il mayında a Ənvər Paşa qardaşı Nuru Paşanı Qafqaz İslam Ordusunu qurmaq məqsədilə Azərbaycana göndərdi. Düşmən türk ordusunun hücumları qarşısında tab gətirə bilmədi və şəhər işğalçılardan azad edildi. Bakı Xalq Komissarları Sovetinin üzvləri - Bakı komissarları (26 nəfər) icra orqanın fəaliyyətini dayandırdılar .1918-ci il sentyabrın 20-nə keçən gecə onlar Bakını Türk-Azərbaycan-Dağıstan qoşunlarına təslim etdiyi üçün Türküstan hökumətinin əmri ilə Krasnovodsk yaxınlığında - Ağcaqum çölündə güllələndiyi məlumatları yayıldı. Bakının ən böyük prospektlərindən biri (hazırki Ziya Bünyadov prospekti) 70 il Arsen Əmiryanın adını daşıyıb1. Məşədi Əzizbəyov — Bakı quberniyasının komissarı.2. Baqdasar Avakyan — Bakı şəhərinin komendantı.3. Tatevos Amirov — kovaler dəstəsinin komandiri.(Arsen Əmiryanın qardaşı)4. Arsen Əmiryan — "Bakı fəhləsi" qəzetinin redaktoru.5. Meer Basin — hərbi-inqilab komitəsinin üzvü.6. Eyjen Berq — matros.7. Anatoli Boqdanov — xidmətçi.8. Solomon Boqdanov — hərbi-inqilab komitəsinin üzvü.9. Armenak Boryan — jurnalist.10. Mir Həsən Vəzirov — torpaqbölmə üzrə xalq komissarı.11.İvan Qabışev — briqada komissarı.12.Prokofiy Caparidze — Bakı fəhlə, kəndli, əsgər və matroslar şurasının sədri,13.Yakov Zevin — əmək üzrə xalq komissarı.14.Mark Korqanov — hərbi-inqilab komitəsinin üzvü.15.Qriqori Korqanov — Bakı xalq komitəsinin hərbi-dəniz işləri üzrə komissarı.16.Aram Kostandyan — ərzaq üzrə xalq komissarının müavini.17.İvan Malıqin — Kavkaz ordusunun hərbi-inqilab komitəsinin sədri.18.İrakliy Metaksa — Şaumyanın şəxsi cangüdəni.19.İsay Mişne — hərbi-inqilab komitəsinin işçisi.20.İvan Nokolayşvili — Caparidzenin şəxsi cangüdəni.21.Suren Osepyan — "Bakı şurasın xəbərləri" qəzetinin redaktoru.22.Qriqori Petrov — Bakı şəhər mərkəzi hərbi hakimiyyətinin sədri, qırmızı dəstənin komandiri.23.Vladimir Poluxin — hərbi-dəniz işləri üzrə komissar.24.Fyodr Soltsev — hərbi işçi.25.İvan Fioletov — xalq təsərrüfatı şurasının sədri.26.Stepan Şaumyan — Qafqaz üzrə fövqəladə komissar, Bakı xalq komissarları şurasının sədri. P.S.  Siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent  Zaur Əliyev yazır: “2009-cu ilin yanvarın 24-26-da indiki Sahil bağı ərazisində o məzarlığın sökülüb ümumi şəhər qəbiristanlığına köçürülməsi zaman orada cəmi 23 cəsədin qalıqları tapılıb. Stepan Şaumyan, Tatevos Əmiryan və çərişəhərdə komendaturaya rəhbərlik etmiş Arsen Avakyanın cəsədləri orda olmayıb.1919-cu il fevralın 26-da Gürcüstanın diplomatik nümayəndəsi Tiflisdən Azərbaycan Respublikasının xarici işlər nazirinə belə bir teleqram göndərib: “Tiflis radiostansiyası Həştərxandan Sokolovun (güman ki, senatorun) adına göndərilən, hərbi əsirlərin – Şaumyan və başqalarının müttəfiq missiyanın həbs edilmiş üzvləri ilə dəyişdirilməsinə aid radioteleqram tutub. Özü də teleqram aşağıdakı sözlərlə bitir: “Tezliklə Bakıda görüşənədək”.“Sentrokaspi Diktaturası”nın qərargahında kargüzarlardan biri olmuş, sonra İkinci Dünya müharibəsi illərində alman bombardmanlarında həlak olmuş fransız Fransua Mirreyin xatirələrində də bəhs olunur: “Onlardan üçünü güllələmədilər, apardılar. Apardıqları yeri bilmirəm, çünki sirrdi”.Əntiqə Rəşid

Избранный
266
adalet.az

1Источники