RU

Üçtərəfli Bəyanat və bölgədə yeni reallıqlar -ŞƏRH

Bu gün Vətən müharibəsinin başa çatmasından 3 il keçir. 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanat Azərbaycan torpaqlarının Ermənistan tərəfindən uzun illər davam edən işğalına son qoydu. Otuz il əvvəl Ermənistanın xəyanətkar təcavüzü nəticəsində itirilmiş torpaqlarımız geri qaytarıldı.Qırx dörd günlük müharibə Azərbaycanın tam qələbəsi ilə nəticələndi. Düşmənin hərbi texnikası tam məhv edildi, canlı qüvvəsinə ciddi zərbə vuruldu.Azərbaycan Ordusunun qətiyyətli həmlələri qarşısında tab gətirməyən düşmən 3 il əvvəl bugünkü tarixdə təslim aktına imza atmağa məcbur oldu. 10 noyabr Bəyanatı ermənilərin ərsəyə gətirdiyi, ən azı yüz il ərzində hazırlaşdığı və beynəlxalq güclər tərəfindən dəstəklənən “Miatsum” və “dənizdən dənizə böyük Ermənistan” kimi absurd faşizm ideologiyalarını tam iflasa uğratdı.Bu sözləri Gununsesi.info-ya açıqlamasında Milli Məclisin deputatı Cavanşir Feyziyev söyləyib.Onun sözlərinə görə, bu Qələbə son 30 il ərzində uğurla, cəsarətlə və qətiyyətlə həyata keçirilmiş Azərbaycan siyasətinin, torpaqlarımızın azad olunması üçün canını belə əsirgəməyən Azərbaycan əsgərinin və Vətən uğrunda müqəddəs savaş üçün bir yumruq kimi Ali Baş Komandan İlham Əliyev ətrafında sıx birləşmiş Azərbaycan xalqının tarixi qələbəsi oldu.Bu, hər bir Azərbaycanlının qələbəsi oldu. Ölkəmizdə yaşayan bütün millətlərin və dini konfessiyaların nümayəndələri eyni məqsəd uğrunda birləşərək misilsiz rəşadət və cəsarət nümayiş etdirdilər, mənfur düşmənə qarşı vuruşaraq Azərbaycanın ərazi bütövlüyünü bərpa etdilər.Azərbaycan xalqının Vətən naminə həmrəyliyi onu yenilməz bir gücə çevirdi.“Son 20 il ərzində Prezident İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası torpaqlarımızın işğaldan azad olmasının ən başlıca səbəbidir. Azərbaycan həm döyüş meydanında, həm danışıqlar masası arxasında istədiyinə nail oldu. Bütün dünya gördü ki, Azərbaycan xalqı heç vaxt məğlubiyyətlə barışmayacaq və gec-tez öz məqsədinə nail olacaq.Azərbaycan öz haqlı mübarizəsini və azadlıq savaşını beynəlxalq hüququn normaları çərçivəsində və dünya hərb sənətinin ən müasir üsullarını tətbiq etmək yolu ilə qazandı. Azərbaycanın haqq savaşına dəstək verənlər də oldu.Qardaş Türkiyənin, İsrailin və Pakistanın siyasi-mənəvi və hərbi-texniki dəstəyi ədalətin bərpa olunması üçün möhkəm zəmin yaratdı. Xüsusilə qardaş Türkiyənin açıq siyasi dəstəyi erməni təcavüzünü dəstəkləməyə cəhd göstərən bir sıra destruktiv qüvvələrin bu münaqişəyə müdaxiləsini mümkünsüz etdi.Nəticədə Cənubi Qafqaz bölgəsində 30 il ərzində mövcud olmuş ədalətsiz status-kvo aradan qaldırıldı və yeni reallıqlar yaradıldı. Ermənistanın heç vaxt xəyalına belə gətirmədiyi ən ağır şərtləri qəbul etməkdən başqa çarəsi qalmadı. 2021-ci ilin 15 iyun tarixində Türkiyə ilə Azərbaycan arasında Şuşa Bəyannaməsinin imzalanması ölkəmizin daimi təhlükəsizliyinə güclü zəmin yaratdı”, – deyə deputat vurğulayıb.O bildirib ki, 10 noyabr Bəyanatı Azərbaycan torpaqlarının tam və qeyd-şərtsiz azad olunmasını təmin etdi. İşğalçı qüvvələrin tam şəkildə Azərbaycan ərazilərindən çıxarılmasını təsbit etdi.Bölgə miqyasında bütün nəqliyyat-kommunikasiya əlaqələrinin açılmasını, o cümlədən Naxçıvanla Azərbaycanın qərb rayonları arasında birbaşa nəqliyyat dəhlizinin bərpa olunmasını öhdəlik kimi Ermənistanın üzərinə qoydu. Üçtərəfli Bəyanatda həyata keçirilməsi qərara alınan bütün tədbirlər Azərbaycanın milli maraqlarından irəıi gələn tələbləri özündə əks etdirdi.Cavanşir Feyziyevin sözlərinə görə, 10 noyabr tarixli Bəyanatın imzalanması siyasi, diplomatik və iqtisadi sahədə yeni uğurların əldə edilməsi üçün real imkanlar formalaşdırdı.Bu Bəyanatda nəzərdə tutulan öhdəliklərin Ermənistan tərəfindən yerinə yetirilməsi 30 il ərzində öz yurd-yuvalarından ayrı düşmüş 1 milyona yaxın məcburi köçkünün öz doğma evlərinə qaytarılmasını həyata keçirmək üçün real şərait yaratdı.İşğalçı dövlət ölkəmizin ərazi bütövlüyünü rəsmən tanımağa məcbur edildi. Müharibədən sonrakı dövrdə Laçın sərhəd-keçid məntəqəsinin fəaliyyətə başlaması bütün sərhədlərimizin nəzarət altına alınmasını təmin etdi.Nəhayət bu il sentyabrın 19-20-də böyük uğurla həyata keçirilmiş antiterror tədbirləri Qarabağın bütün ərazisi üzərində suverenliyimizin bərpa olunması ilə nəticələndi.2020-ci il 10 noyabr Bəyanatı Vətən müharibəsində Azərbaycanın inamlı Qələbəsini təsdiq etməklə yanaşı, həm də bütövlükdə Cənubi Qafqaz bölgəsinin Gununsesi.info

Избранный
520
6
gununsesi.info

2Источники