RU

Boksçumuz Paris-2024-ü gümüş medalla tamamlayıb

Azərbaycan boksçusu Alfonso Dominqes Fransanın paytaxtı Parisdə təşkil olunan Yay Olimpiya Oyunlarında final matçını keçirib.

92 kq çəki dərəcəsində yarışan təmsilçimiz qazaxıstanlı Lazizbek Mullojonovla qarşılaşıb.

Görüş Qazaxıstan təmsilçisinin qələbəsi ilə yekunlaşıb. Beləliklə Dominqes gümüş medalla kifayətlənməli olub.

Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq. İndiyədək Cüdoçular Hidayət Heydərov (73 kq) və Zelim Kotsoyev (100 kq) olimpiya çempionu olublar. Taekvondoçu Qaşım Maqomedov (58 kq) gümüş mükafat qazanıb. Yunan-Roma güləşçimiz Həsrət Cəfərov (67 kq) bürünc medala sahib çıxıb.

Избранный
52
50
cbcsport.az

10Источники