RU

“Barselona” müdafiəçisi ilə yollarını ayırıb

İspaniya “Barselona”sının müdafiəçisi Xulian Arauxo İngiltərə Premyer Liqasının təmsilçisi “Bornmut”a keçib.

“Report” xəbər verir ki, bu barədə nüfuzlu futbol insayderi Fabritsio Romano sosial şəbəkədə bildirib.

Romanonun sözlərinə görə, sənədlər artıq möhürlənib. O qeyd edib ki, Kataloniya təmsilçisi bu transferdən 10 milyon avro qazanacaq, lakin İspaniya qrandı onu geri satın almaq hüququna sahib olmayacaq.

İnsayderə görə, Arauxo bu gün İngiltərəyə yollanacaq. Tibbi yoxlanışın isə bazar ertəsi yekunlaşması gözlənilir.

Избранный
15
11
baku.ws

10Источники