RU

NEÇƏ İŞSİZ MANDAT ALMAĞA ÇALIŞIR? - Bu dairədə 7 namizəddən 5-i işsizdir + SİYAHI

Məlum olduğu kimi, 1 sentyabr tarixində keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak edəcək namizədlərin siyahısı açıqlanıb. Mərkəzi Seçki Komissiyasından (MSK) verilən məlumata görə, ümumilikdə 1508 nəfər namizədlik üçün müraciət etsə də, onlardan yalnız 1052-nin namizədliyi qeydə alınıb.

Qeyd edək ki, "AzPolitika" namizədlərin fəaliyyət dairələrini araşdırarkən bir sıra maraqlı nüanslara rast gəlib. Apardığımız kiçik araşdırma zamanı məlum olub ki, parlament seçkilərində iştirak edəcək namizədlər arasında xeyli sayda işsiz şəxs var. Belə ki, 125 seçki dairəsindən cəmi 34 -də rəsmi iş yeri olmayan namizəd yoxdur. Digər 91 dairədə isə ümumlikdə 178 işsiz namizəd var. Başqa sözlə, hər 6 namizəddən biri işsiz, hər 3 dairədən birində işi olmayan şəxs var, işsiz namizdlərin ümumi namizədlər daxilində çəkisi 18%-ə bərabərdir.

Maraq üçün qeyd edək ki, işsiz şəxslərin ən çox olduğu dairə

112 saylı Zaqatala Seçki Dairəsidir. Burada mübarizə aparacaq 7 namizədin 5-i işsizdir. Eyni zamanda 6 saylı Ordubad-Culfa Seçki Diarəsində 7 namizəddən 3-ü, 12 saylı Xəzər birinci seçki dairəsində 4, 23 saylı Nəsimi-Səbail Seçki Dairəsində 4, 40 saylı Gəncə üçüncü Seçki Dairəsində 4, 42 saylı Sumqayıt birinci Seçki Dairəsində 4, 54 saylı Mingəçevir Seçki Dairəsində 4, 58 saylı Xaçmaz kənd Seçki Dairəsində 4, 67 saylı Sabirabad Seçki Dairəsində 4, 80 saylı Lerik-Astara Seçki Dairəsində 4, 96 saylı Goranboy Seçki Dairəsində 4 işsiz namizəd var.

Digər dairələr üzrə işsiz namizədlərin sayını təqdim edirik:

- 4 saylı Naxçıvan şəhər - 1

- 5 saylı Babək-Naxçıvan-Culfa - 1

- 6 saylı Ordubad-Culfa - 3

- 7 saylı Səbail - 1

- 9 saylı Binəqədi ikinci - 3

- 10 saylı Binəqədi üçüncü - 3

- 11 saylı Binəqədi-Qaradağ - 1

- 12 saylı Xəzər birinci - 4

- 13 saylı Xəzər ikinci - 2

- 14 saylı Xəzər-Pirallahı - 2

- 15 saylı Yasamal birinci - 1

- 17 saylı Yasamal üçüncü - 2

- 18 saylı Nərimanov-Nizami-Binəqədi - 1

- 19 saylı Nərimanov birinci - 2

- 20 saylı Nərimanov ikinci - 1

- 22 saylı Nəsimi-Yasamal - 2

- 23 saylı Nəsimi-Səbail - 4

- 24 saylı Nizami birinci - 1

- 26 saylı Sabunçu birinci - 2

- 27 saylı Sabunçu ikinci - 3

- 28 saylı Sabunçu üçüncü - 1

- 29 saylı Sabunçu dördüncü - 3

- 30 saylı Suraxanı birinci - 1

- 31 saylı Suraxanı ikinci - 2

- 32 saylı Suraxanı üçüncü - 1

- 34 saylı Xətai ikinci - 1

- 35 saylı Xətai üçüncü - 2

- 37 saylı Qaradağ - 1

- 38 saylı Gəncə birinci - 1

- 39 saylı Gəncə ikinci - 2

- 40 saylı Gəncə üçüncü - 4

- 41 saylı Gəncə-Samux-Goranboy - 2

- 42 saylı Sumqayıt birinci - 4

- 44 saylı Sumqayıt üçüncü - 2

- 45 saylı Sumqayıt dördüncü - 1

- 48 saylı Abşeron birinci - 3

- 50 saylı Abşeron üçüncü - 2

- 51 saylı Şirvan - 3

- 52 saylı Yevlax - 1

- 53 saylı Yevlax-Mingəçevir - 1

- 54 saylı Mingəçevir - 4

- 55 saylı Siyəzən-Quba-Xızı - 1

- 56 saylı Şabran-Xaçmaz - 3

- 58 saylı Xaçmaz kənd - 4

- 59 saylı Quba - 3

- 65 saylı Salyan-Biləsuvar-Neftçala - 1

- 66 saylı Saatlı - 2

- 67 saylı Sabirabad - 4

- 69 saylı Biləsuvar - 1

- 70 saylı Neftçala - 2

- 72 saylı Cəlilabad kənd - 3

- 73 saylı Masallı-Cəlilabad - 3

- 74 saylı Masallı - 2

- 75 saylı Yardımlı-Masallı - 1

- 76 saylı Lənkəran-Masallı - 1

- 77 saylı Lənkəran şəhər - 1

- 78 saylı Lənkəran kənd - 2

- 79 saylı Astara - 3

- 80 saylı Lerik-Astara - 4

- 81 saylı İmişli - 2

- 82 saylı İmişli-Saatlı - 1

- 84 saylı Füzuli - 1

- 86 saylı Ağcabədi - 2

- 88 saylı Şamaxı - 2

- 89 saylı İsmayıllı - 1

- 90 saylı Ağsu - 1

- 91 saylı Göyçay - 1

- 92 saylı Göyçay-Ağdaş - 1

- 94 saylı Ucar - 1

- 96 saylı Goranboy - 4

- 97 saylı Tərtər-Naftalan-Goranboy - 1

- 98 saylı Bərdə-Tərtər - 3

- 99 saylı Bərdə - 1

- 100 saylı Göygöl-Daşkəsən-Kəlbəcər - 2

- 102 saylı Şəmkir şəhər - 3

- 103 saylı Şəmkir kənd - 1

- 106 saylı Tovuz - 1

- 108 saylı Ağstafa - 1

- 109 saylı Qazax - 3

- 111 saylı Zaqatala-Balakən - 1

- 112 saylı Zaqatala - 5

- 113 saylı Qax-Şəki - 2

- 115 saylı Şəki kənd - 1

- 116 saylı Qəbələ - 1

- 117 saylı Oğuz-Qəbələ-Şəki - 2

- 118 saylı Ağdam şəhər - 1

- 119 saylı Ağdam kənd - 1

- 121 saylı Laçın - 3

- 122 saylı Xankəndi - 1

- 123 saylı Kəlbəcər - 2

- 125 saylı Zəngilan-Qubadlı - 1

Elvin Bəyməmmədli

"AzPolitika.info"

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
42
42
azpolitika.info

10Источники