RU

"Liverpul"un futbolçusu "Brentford"a keçib

İngiltərənin "Liverpul" klubunun hücumameyilli yarımmüdafiəçisi Fabio Karvalyo Premyer Liqanın digər təmsilçisi "Brentford"a transfer olunub.

Portuqaliyalı futbolçu yeni komandası ilə “5+1” illik müqavilə bağlayıb.

Bu keçid "arılara" 23 milyon avroya başa gəlib.

Qeyd edək ki, Karvalyo ötən mövsümün ikinci yarısını "Hall Siti"nin heyətində keçirib.

Избранный
34
3
cbcsport.az

4Источники