RU

Moldovanın müvəqqəti işlər vəkili Rusiya XİN-ə çağırılıb

Moldovanın Rusiyadakı müvəqqəti işlər vəkili Aleksandr Ketraru Xarici İşlər Nazirliyinə çağırılıb.

Ednews xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin məlumatında bildirilir.

Qeyd edilib ki, ona Ukraynaya verilən F-16-ların Moldova aerodromlarında yerləşdirilməsinin mümkünlüyü ilə bağlı yayılan xəbərlərlə bağlı narahatlıq ifadə olunub.

“Moldovanı neytral qalmağa və Ukrayna böhranının gərginləşməsinə səbəb ola biləcək addımlar atmamağa çağırırıq”, - məlumatda vurğulanır.

Избранный
159
21
ednews.net

10Источники