RU

İlon Mask yenidən zirvədə

Amerikalı iş adamı İlon Mask dünyanın ən zəngin insanlarının reytinq siyahısında zirvəyə yerləşib.

Publika.az xəbər verir ki, "Bloomberg Billionaires Index"ə əsasən onun sərvəti 235 milyard ABŞ dolları təşkil edir.

İkinci pillədə yenə də "Amazon" onlayn pərakəndə satış şirkətinin qurucusu və keçmiş rəhbəri Ceff Bezos qərarlaşıb. Onun sərvəti isə 193 milyard ABŞ dolları məbləğində qiymətləndirilir.

Üçüncü pilləyə sərvəti 188 milyard ABŞ dolları olan Mark Zukerberq yüksəlib.

Fransanın lüks mallar istehsalçısı LVMH şirkətinin sahibi Bernar Arno dünyanın ən zəngin adamlarının üçlüyünü tərk edib. O, 185 milyard ABŞ dollar sərvətlə dördüncü yerdə gəlir.

Избранный
97
8
publika.az

2Источники