RU

UEFA Superkuboku: "Real Madrid" 6-cı dəfə qalib oldu

İspaniyanın "Real" klubu UEFA Superkuboku uğrunda matçda İtaliyanın "Atalanta" klubunu 2:0 hesabı ilə məğlub ediblər. Görüş Varşavadakı Milli Stadionda keçirilib.

Qaliblərin heyətində Federiko Valverde (60-cı dəqiqə) və Kilian Mbappe (68) fərqləniblər.

"Real Madrid" altıncı dəfə UEFA Superkubokunun sahibi olub və yeni rekorda imza atıb. Madrid klubu kuboku beş dəfə qazanan İspaniyanın "Barselona" və İtaliyanın "Milan" klublarını qabaqlayıb.

Əlavə edək ki, Madrid klubu 2002, 2014, 2016, 2017 və 2022-ci illərdə də UEFA Superkubokunu qazanıb.

Избранный
123
9
cbcsport.az

10Источники