"Neftçi" – "Sabah" oyununa giriş sərbəst olacaq. Sport24.az xəbər verir ki, bunu Bakı klubun mətbuat xidməti açıqlayıb.
Bildirib ki, Azərbaycan Premyer Liqasının 3-cü turu çərçivəsində baş tutacaq oyunu izləmək istəyən azarkeşlər bilet almadan tribunalarda yer tuta bilərlər.
Qeyd edək ki, qarşılaşma avqustun 18-də, saat 20:30-da "Liv Bona Dea Arena"da keçiriləcək.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта