RU

"Neftçi" - "Sabah" oyununa giriş biletsiz olacaq

Azərbaycan Premyer Liqasının III turu çərçivəsində keçiriləcək “Neftçi” – “Sabah” oyununa giriş sərbəst xarakter daşıyacaq.

Avqustun 18-də, saat 20:30-da “Liv Bona Dea Arena”da baş tutacaq oyunu izləmək istəyən azarkeşlər bilet almadan tribunalarda yer tuta biləcəklər.

Qeyd edək ki, “Neftçi Arena”nın ot örtüyünün yararsız hala düşməsi səbəbindən "Neftçi" - "Sabah" görüşünün yeri dəyişdirilib.

Избранный
42
19
cbcsport.az

10Источники