"Sabah" UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin cavab görüşü çərçivəsində İrlandiyanın "Sent Patriks Atletik" klubu ilə qarşılaşıb.
Masazırdakı "Bank Respublika Arena"da keçirilən dueldə meydan sahibləri 0:1 hesabı ilə uduzub.
Matçda yeganə qolu 48-ci dəqiqədə Zakari Elbuzedi bakılıların qapısından keçirib.
Əlavə edək ki, ilk oyunda da minimal hesabla məğlub olan "Sabah" qitənin nüfuzuna görə üçüncü klub turnirində mübarizəni dayandırıb.