3×3 basketbol üzrə Azərbaycan millisi Dünya Qadın Seriyasının Bakı mərhələsində növbəti oyununu keçirib.
Bizim.Media xəbər verir ki, Ratomir Deliçin baş məşqçisi olduğu yığma C qrupundakı ikinci matçında Ukrayna seçməsi ilə üz-üzə gəlib.
Qarşılaşma yığmamızın məğlubiyyəti ilə bitib – 8:21. Daha əvvəl Almaniyanın “Düsseldorf ZOOS” komandasına uduzan milli mübarizəni dayandırmalı olub.
Dörd qrupun hər birində ilk iki yeri tutanlar 1/4 finala yüksələcək. Bakı mərhələsi avqustun 18-də başa çatacaq.
Rəşad Rafiqoğlu, Bizim.Media
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта