RU

“Neftçi” “Sabah”a qarşı – Premyer Liqa

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında III turun daha bir görüşü keçiriləcək.

Msport.az xəbər verir ki, Zirə Olimpiya İdman Kompleksinin stadionunda təşkil olunacaq matçda “Neftçi” “Sabah”la qarşılaşacaq.

“Neftçi Arena”nın ot örtüyünün yararsız hala düşməsi səbəbindən “ağ-qaralar” rəqibini başqa stadionda qəbul edəcək. Matç saat 20:30-da başlayacaq.

Roman Qriqorçukun rəhbərlik etdiyi “Neftçi” ilk iki turda heç-heçəyə razılaşıb. UEFA Konfrans Liqasında mübarizəni başa vuran “bayquşlar” isə öncəki iki turda cəmi 1 xal toplayıb.

Qeyd edək ki, turun əvvəlki oyunlarında “Turan Tovuz” “Kəpəz”ə 3:0, “Sumqayıt” isə “Səbail”ə 2:1 hesabı ilə qalib gəlib. “Şamaxı” – “Qarabağ” və “Zirə” – “Araz-Naxçıvan” qarşılaşmaları təxirə salınıb.

Избранный
32
11
msport.az

10Источники