RU

“X” bu ölkədə fəaliyyətini dayandırdı

“X” sosial şəbəkəsi Braziliyadakı fəaliyyətini dayandırıb.

“İki sahil” xəbər verir ki, bu qərar yerli hakimiyyətlə şirkətin rəsmi nümayəndəsi arasında yaranan münaqişədən sonra qəbul edilib.

“İşçilərimizin təhlükəsizliyini təmin etmək üçün Braziliyadakı fəaliyyətimizi dərhal dayandırmaq qərarına gəldik”, - şirkətin “X” hesabında qeyd edilib.

Bildirilib ki, sosial şəbəkə Braziliyada bloklanmayacaq, istifadəçilər üçün əlçatan olaraq qalacaq.

Qeyd edək ki,  platformanın sahibi İlon Maskla Braziliya Ali Məhkəməsinin hakimi Aleksandr de Moraes arasında münaqişə yaranıb. Mask onu sosial şəbəkədən materialların silinməsi ilə bağlı hakimin tələblərini ictimaiyyətə açıqlayacağını vəd edərək onu Braziliya konstitusiyasını pozmaqda ittiham edib. Bundan sonra Braziliya məhkəməsi Maska qarşı təhqiqat açmaq qərarına gəlib.

"X"in nümayəndələri məzmun senzurası qərarlarına etiraz etmək üçün Braziliya Ali Məhkəməsinə bir neçə apellyasiya şikayəti verib, lakin onlar dinlənilməyib.

Избранный
41
21
ikisahil.az

10Источники