RU

Moskvada 3 qızıl, 3 gümüş və 2 bürünc medal – FOTO

Rusiyanın paytaxtı Moskvada “Kooperativ idmanın inkişafı Assosiasiyalarının Moskva yay oyunları” keçirilib.

İdman.biz xəbər verir ki, Azərbaycanı yarışlarda təmsil edən müxtəlif dövlət qurumlarının əməkdaşlarından ibarət komandalar oyunları 3 qızıl, 3 gümüş və 2 bürünc medalla başa vurublar.

Şahmat yarışlarında AZAL-ın əməkdaşı Fidan Ağaşıyeva, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin əməkdaşı Anar Rəsulov qızıl medallara sahib olublar. Daha bir qızıl medalı isə voleybol yarışlarında ölkəmizi təmsil edən Fövqəladə Hallar Nazirliyinin komandası qazanıb.

Stolüstü tennisçimiz Svetlana Kayumova (SOCAR) ikinci olub. Bu idman növünün qarışıq komanda yarışlarında Əli Bayramov (FHN) və Svetlana Kayumovadan (SOCAR) ibarət cütlük gümüş medala layiq görülüb.

Basketbol yarışlarında A finalında mübarizə aparan kişilərdən ibarət Fövqəladə Hallar Nazirliyi komandası bürünc medal qazanıb. B finalında mübarizə aparan basketbol üzrə qadınlardan ibarət AZAL komanda gümüş, voleybol üzrə qadınlardan ibarət SOCAR komandası isə bürünc medal qazanıblar.

İdman.biz

Избранный
10
11
idman.biz

8Источники