RU

İsveçrəli qapıçı millidəki karyerasını bitirib

İtaliyanın "İnter" klubunda çıxış edən Yan Zommer İsveçrə millisindəki karyerasını başa vurub.

35 yaşlı qolkiper bu barədə İsveçrə Futbol İttifaqının mətbuat xidməti məlumat yayıb.

Qeyd edək ki, Zommer 2012-ci ildən yığmanın formasını geyinib. O, millidə ümumilikdə 94 matçda meydanda olub və 92 qol buraxıb. Qolkiper 35 görüşdə qapısını toxunulmaz saxlayıb.

"Cebheinfo.az"

Избранный
10
6
cebheinfo.az

9Источники