Bu barədə İsveçrə mətbuatı məlumat yayıb.
İtaliyanın "İnter" klubunun formasını geyinən qapıçı Yan Zommer İsveçrə millisindəki karyerasını başa vurub.
35 yaşlı qolkiper 2012-ci ildən yığmanın formasını geyinib. O, millidə ümumilikdə 94 matçda meydanda olub və 92 qol buraxıb. Zommer 35 görüşdə qapısını toxunulmaz saxlayıb.