RU

Sabah “Dinamo“ ilə matçda bunu gözləyirəm - Qurbanov

Çox istəyirik ki, qrup mərhələsinə vəsiqə əldə edək.

News365.az xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Xorvatiya təmsilçisi "Dinamo"ya (Zaqreb) qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunundan öncə baş tutan mətbuat konfransında deyib.

"Onların çox güclü azarkeş ordusu var. Belə bir ab-havada oynamaq bizim üçün çox xoş olacaq. Hər iki komanda üçün ciddi sınaq olacaq. Artıq üçüncü dəfədir ki, Çempionlar Liqasının pley-off mərhələsində iştirak edirik. Çox istəyirik ki, qrup mərhələsinə vəsiqə əldə edək. Futbolçularım bu oyuna hazırdılar. Baxmayaraq ki, bir neçə itkilərimiz var. Sabah futbolçularımızdan nizam-intizamlı oyun gözləyirəm", - Q.Qurbanov söyləyib.

Qeyd edək ki, "Dinamo" və "Qarabağ" komandaları arasında ilk matç sabah Bakı vaxtı ilə saat 23:00-da start götürəcək. Cavab qarşılaşması isə avqustun 28-i, Tofiq Bəhramov adına Respublika stadionunda keçirəcək


Избранный
24
17
news365.az

10Источники