Bakıda bir sıra özəl təhsil müəssisələrində dərslər sentyabrın 2-də başlayacaq.
"Cebheinfo.az" "iqtisadiyyat.az"a istinadən xəbər verir ki, bununla bağlı müvafiq qərarlar qəbul olunub.
Belə ki, bir sıra özəl liseylər yeni tədris ilinin 2-3-9 sentyabr tarixlərində başlayacağı barədə valideynləri məlumatlandırıb.
Məlumata görə, "Bakı Atatürk Liseyi"ndə yeni tədris ilinə 1, 9, 10 və 11-ci siniflər üzrə sentyabrın 2-dən, digər siniflər üzrə sentyabrın 9-dan, "İdrak liseyi"ndə yeni tədris ilinə 9, 10 və 11-ci siniflər üzrə sentyabrın 2-dən, digər siniflər üzrə sentyabrın 16-dan, "Kaspi liseyi"ndə yeni tədris ilinə 9, 10 və 11-ci siniflər üzrə sentyabrın 2-dən, digər siniflər üzrə sentyabrın 16-dan, "Baku-Oxford School"da yeni tədris ilinə bütün siniflər üzrə sentyabrın 2-dən, məktəbəqədər hazırlıq qrupları üzrə isə sentyabrın 3-dən başlanılacaq.
"LANDAU School"da ingilis dili sektoru üzrə ibtidai siniflər sentyabrın 2-dən, yuxarı siniflər isə sentyabrın 3-dən dərslərə cəlb olunacaq.
Xatırladaq ki, bu il Azərbaycanda keçiriləcək COP29-la bağlı ümumi təhsil pilləsi üzrə təhsil müəssisələrində (xüsusi təhsil müəssisələri istisna olmaqla) payız tətilinin vaxtı dəyişdirilərək noyabrın 12-dən 22-dək müəyyən edilib. Bununla yanaşı, COP-29 ilə əlaqədar Bakı və Sumqayıt şəhərlərində, Abşeron rayonunda peşə, orta ixtisas və ali təhsil pillələrində noyabrın 12-dən 22-dək distant (məsafədən) formada təhsil tətbiq ediləcək.
"Cebheinfo.az"