AZ

Bakının bu ərazilərində ev və obyektlər sökülür

Bakının Xətai rayonunun Babək prospekti, eləcə də Xəqani Rüstəmov, Süleyman Vəzirov, Yavər Əliyev küçələrinin əhatəsində yerləşən yaşayış və qeyri-yaşayış sahələrinin sökülməsi nəzərdə tutulur.

Bu barədə Xətai Rayon İcra Hakimiyyətindən məlumat verilib. 

Bildirilib ki, artıq bununla bağlı hazırlıq işlərinə başlanılıb. Söküntü işləri üçün 1,7 milyon manatdan çox vəsaitin xərclənəcəyi gözlənilir.

Seçilən
132
49
buta.media

10Mənbələr