İngiltərənin "Liverpul" klubunun hücumçusu Məhəmməd Salah cari mövsümün sonunda komandanı tərk edəcək.
Tərəflər arasında müqavilə müddəti uzadılmayacaq.
Misirli futbolçunun hazırkı sözləşməsi 2025-ci ilin yayına kimi nəzərdə tutulub.
Qeyd edək ki, Salah 2017-ci ildən “Liverpul”da çıxış edir. O, bu müddət ərzində 350 matçda 212 qol vurub.