AZ

ABŞ-da neft ehtiyatı gözlənildiyindən 2 dəfə çox azaldı

Ötən həftə ABŞ-da kommersiya neft ehtiyatları 4,65 milyon barel azalıb.

Musavat.com xəbər verir ki, bu barədə məlumatı ölkənin Energetika Nazirliyi yayıb. Mütəxəssislər 2,2 milyon barel azalma gözləyirdilər.

Həftə ərzində benzin ehtiyatları 1,61 milyon barel, distillatlar isə 3,31 milyon barel azalıb. Analitiklər birinci göstəricinin 1,8 milyon barel, ikincidə isə 1 milyon barel azalacağını proqnozlaşdırıblar.
NYMEX-də satılan neftin saxlandığı Cushing terminalında ehtiyatlar bir həftə əvvəl 1,665 milyon barel azaldıqdan sonra 560 min barel dahac azalıb.
ABŞ-da neft ehtiyatlarının azalması xəbəri dünya bazarında neft qiymətlərinin 1 dollara yaxın artmasına səbəb olub.

Musavat.com

Seçilən
128
10
musavat.com

10Mənbələr