AZ

Rəşad Sadıqov "Omoniya" ilə oyundan öncə nə danışdı?

"Zirə"nin baş məşqçisi Rəşad Sadıqov Kiprdə "Omoniya" komandasına qarşı keçirəcəkləri matçdan - UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk oyunundan öncə mətbuat konfransında iştirak edib.

Fanat.Az xəbər verir ki, 42 yaşlı mütəxəssis belə danışıb:

"Artıq iki aya yaxındır ki, avrokuboklarda çıxış edirik. Rəqib komanda təcrübəli və keyfiyyətli futbolçulardan təşkil olunub. "Omoniya" Azərbaycan futbol camiəsinə tanış rəqibdir. "Qarabağ" və "Qəbələ"yə qarşı mübarizə aparıblar. Heyətlərini yeni futbolçularla gücləndiriblər. Bu, onların çıxışlarına müsbət təsir edib. Sabah azarkeşlər maraqlı və gərgin oyun izləyəcəklər".

Qeyd edək ki, avqustun 22-də GPS stadionunda keçiriləcək matç Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. Cavab oyunu bundan bir həftə sonra olacaq.

 

Seçilən
73
20
turanpress.com

10Mənbələr