Apple korporasiyası 2024-cü ildə texnologiya şirkətlərinin ən qiymətli brendləri reytinqində birinci yeri tutub.
Valyuta.az xəbər verir ki, bu barədə beynəlxalq konsaltinq təşkilatı Brand Finance çərşənbə günü öz hesabatında bildirib.
Buna əsasən, Apple brendinin dəyəri 2023-cü ildən bəri 74% artaraq 516,6 milyard dollara çataraq siyahıda ikinci yerdə qərarlaşıb, onun brend dəyəri 340,4 milyard dollar (78 faiz artım) təşkil edib. Google üçüncü yerdə qalır, onun brend dəyəri 333,4 milyard dollar qiymətləndirilir (artım məlumatları təqdim edilmir). Brend dəyəri 308,9 milyard dollar (3,2% artım) ilə Amazon dördüncü yerdədir.
Eyni zamanda, ən sürətli artımı (163%) sonuncu reytinqdən bəri 19 pillə yüksələrək və 44,5 milyard dollar dəyərlə 10-cu yeri tutan Nvidia nümayiş etdirib.
Brand Finance 20 ölkədə ofisləri olan aparıcı beynəlxalq brend qiymətləndirmə məsləhətçisidir. Brand Finance metodologiyasına əsasən, “brend gücü” marketinq, kapital və biznes fəaliyyətinə qoyulan investisiyaların qiymətləndirilməsini özündə əks etdirən balanslaşdırılmış bal kartı ilə hesablanır.
Nicat