Rusiyada limon sataraq məşhurlaşan Əli adlı gənc Bakıda “Minni Maus” geyimində animatorluq edən həmyaşıdının qız yox, oğlan olmasını ifşa edib.
OLAY yazır ki, müğənni Ayan Babakişiyeva isə sözügedən hadisəyə sərt reaksiya verib.
“İndi video çıxdı qarşıma. İlk dəfədir ki, elə ilk dəfədən reaksiya verirəm. Niyə? Çünki bu videonu görən kimi əsəb keçirdim. Durub deməsin ki, bu “Limonka” satan zarafat elədim. Bax, ay bala, sən elə ən axırıncı adam olasan ki, bu oğlana kişilikdən dərs keçəsən. Səninlə olunan zarafatları deyəsən unutmusan... Qaldı ki, kimin necə pul qazandığına... İçi mən daxil, əlindən bir şey gəlmirsə, otur yerində. Bu özünü guya kim hesab edir? O başlığı çıxarasan ki, bu kişi işi deyil? Ümumiyyətlə, işin nə olduğunu biləndə hərəkət edərsən. İndi get, topunu oyna”, - deyə Ayan vurğulayıb.