AZ

FTX Ukrayna kəşfiyyatının 3 agentini saxladı

Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) Krımda Ukrayna Baş Kəşfiyyat İdarəsinin üç agentini saxlayıb.

Olaylar xəbər verir ki, bu barədə FTX-nin İctimaiyyətlə Əlaqələr Mərkəzindən məlumat verilib.

"Sevastopolda Ukrayna Baş Kəşfiyyat İdarəsinin agenti, Ukraynada partlayıcı və atıcı silah təlimi, habelə kənar müşahidə və gizli əlaqə üsullarının müəyyənləşdirilməsi üzrə təlim keçmiş 1965-ci il təvəllüdlü Rusiya vətəndaşı saxlanılıb. Müəyyən edilib ki, o, 2024-cü ilin iyul ayında Krımda qaz kəmərinin minalanmasında istifadə edilən partlayıcı qurğu istehsal edib. Onun həbsi zamanı şəxsi avtomobilindən də analoji partlayıcı qurğu aşkar edilib", - məlumatda qeyd olunub.

Məlumata görə, 1992-ci il təvəllüdlü Moldova vətəndaşı və 1973-cü il təvəllüdlü Rusiya vətəndaşları da saxlanılıb. Onların da Ukrayna Baş Kəşfiyyat İdarəsinin casusları olduğu bildirilib. (axar)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
18
10
olaylar.az

10Mənbələr